Bank Of Baku

ADU-da “Dolu” filminin təqdimatı keçirilib

ADU-da “Dolu” filminin təqdimatı keçirilib
# 10 aprel 2013 13:08 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Dillər Universitetində (ADU)  yazıçı, millət vəkili Aqil Abbasın eyni adlı romanı əsasında yazdığı ssenariyə Elxan Cəfərovun rejissorluğu ilə çəkilən "Dolu" filminin təqdimatı keçirilib.

 

ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təqdimatda ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, millət vəkili Aqil Abbas, filmin yaradıcı heyəti və universitetin tələbə-müəllim kollektivi iştirak edib.

 

Təqdimat mərasimində çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov bu yaxınlarda Aqil Abbasın Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunduğunu diqqətə çatdırıb.

 

Yazıçı, millət vəkli Aqil Abbas  ADU-da olmaqdan məmnunluğunu bildirib və ADU-nun Azərbaycan təhsil sistemində xüsusi xidmətlərinin olduğundan bəhs edib. O, filmin ölkəmizlə yanaşı, bir sıra ölkələrdə də nümayiş olunduğunu qeyd edib.

 

Filmin süjet xəttindən danışan A.Abbas filmin yaradıcı heyətini təqdimat iştirakçılarına təqdim edib. Sonra filmin nümayişi keçirilib. Böyük maraq doğuran və alqışlarla bitən "Dolu" filmi barəsində danışan rektor Səməd Seyidov "Dolu" filmini yüksək qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR