Bank Of Baku

Akademik Milli Dram Teatrı Konyada keçirilən Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı Konyada keçirilən Beynəlxalq Teatr Festivalında iştirak edəcək
# 08 may 2014 13:22 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Akademik Milli Dram Teatrı Konyada keçirilən “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyənin qədim mədəniyyət mərkəzlərindən olan Konyada keçirilən festivalda teatr Azərbaycanı “Kitabi-Dədə Qorqud” eposunun “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış “İlahi oyun” tamaşası ilə təmsil edəcək.

 

Janrı bir hissəli soylama kimi müəyyənləşdirilmiş tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Səhnə əsərində əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova, Novruz Novruzlu çıxış edirlər.

 

Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin və Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin və Konya Valiliyinin dəstəyi ilə təşkil olunan “Min nəfəs, bir səs” Türkdilli Teatrların Beynəlxalq Festivalı artıq 7 ildir mütəmadi şəkildə keçirilir.

 

Festivalın bu ilki proqramına Türkiyə teatrları ilə yanaşı, Azərbaycan, İraq, Qazaxıstan, Dağıstan, Qaqauz, Balkarya və Hollandiya teatrları dəvət olunub. 4-14 may tarixlərində keçirilən festivalda 10 tamaşa nümayiş olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR