Bank Of Baku

Akademik Milli Dram Teatrında “Nadir şah” tamaşasının premyerası keçiriləcək

Akademik Milli Dram Teatrında “Nadir şah” tamaşasının premyerası keçiriləcək
# 19 dekabr 2014 08:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Dekabrın 24-də Akademik Milli Dram Teatrında yazıçı Yunus Oğuzun “Nadir şah” romanı əsasında səhnələşdirilən “Nadir şah” tamaşasının premyerası keçiriləcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşu rejissoru Gümrah Ömər, bəstəkarı Sərdar Fərəcov, rəssamı İlham Elxanoğludur.

 

Tamaşada Nadir şah rolunu əməkdar artist Məmməd Səfa və xalq artisti Ramiz Novruz oynayır (əvəzləmə qaydasında).

 

Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR