Bank Of Baku

Aleksandr Rıbak Heydər Əliyev Mərkəzində Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə çıxış edib - FOTOSESSİYA

Aleksandr Rıbak Heydər Əliyev Mərkəzində Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə çıxış edib - <span style="color: red;">FOTOSESSİYA
# 15 may 2014 23:11 (UTC +04:00)

Bakı-APANorveçli müğənni və skripkaçı, Eurovision Mahnı Müsabiqəsi 2009-un qalibi Aleksandr Rıbak (Alexander Rybak) mayın 15-də Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edib. Heydər Əliyev Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, o, Bakı izləyiciləri qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxıb. 

 

Konsertdən əvvəl Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Şönsberq qonaqları salamlayaraq Aleksandr Rıbakın Bakıda konsertinin təşkilindən məmnunluğunu bildirib və bu işdə əməyi olanlara təşəkkürünü çatdırıb. 

 

Proqrama Respublika İncəsənət Gimnaziyasının şagirdləri Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov və Tofiq Quliyevin əsərləri ilə başlayıblar. Sonra səhnəyə çıxan Aleksandr Rıbak onlarla birlikdə öz bəstələrini, məşhur hitlərini, o cümlədən ona Eurovision Mahnı Müsabiqəsi 2009-da qalibiyyət gətirən “Fairytale” mahnısını təqdim edib.

 

Aleksandr Rıbak azərbaycanlı şagirdlərlə birgə şousu tamaşaçıların yaddaşında maraqlı məqamlarla qalıb. 

 

“Sizin çox istedadlı gəncləriniz var. Bakıda 3 dəfə olmuşam və hər dəfə də bu şəhərdəki dəyişikliklərə heyran oluram. Bu konsertin təşkilinə görə isə Heydər Əliyev Mərkəzinə və Norveçin Azərbaycandakı səfirliyinə təşəkkür edirəm. ”-deyə Alekdandr Rıbak bildirib. 

 

Qeyd edək ki, 2009-cu ildə “Fairytale” mahnısı ilə Eurovision Mahnı Müsabiqəsində birincilik əldə etmiş Aleksandr Rıbak xüsusi layihəsi çərçivəsində müxtəlif ölkələrdə gənc istedadlarla səhnəni bölüşür, onlarla birgə konsert proqramı təqdim edir. Layihə incəsənət sahəsində fəaliyyət göstərən dəstək məqsədi daşıyır. 

 

Konsertə hazırlıq məqsədilə mayın 12-də Bakıya gəlmiş Aleksandr Rıbak 3 gün ərzində  Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə məşqlər aparıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR