Bank Of Baku

Alim Qasımov Fransa və Türkiyədə konsert proqramı ilə çıxış edəcək

Alim Qasımov Fransa və Türkiyədə konsert proqramı ilə çıxış edəcək
# 22 avqust 2013 11:39 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Xalq artisti Alim Qasımov Fransa və Türkiyədə konsert proqramı ilə çıxış edəcək. Alim Qasımovun APA-ya verdiyi məlumata görə, konsert proqramı folklor musiqisinin dünyada təbliği ilə məşğul olan beynəlxalq fond tərəfindən reallaşdırılacaq. Xalq artisti sentyabrın 15-də Fransada, sentyabrın 25-də isə Türkiyədə konsert verəcək. Xarici səfərlərdə muğam ifaçısının qızı Fərqanə Qasımova da iştirak edəcək. Sənətçiləri kamançada Rauf İslamov, tarda Zəki Vəliyev, balabanda Rafael İsgəndərov müşayiət edəcəklər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR