Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fonduna dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin öz əli ilə qələmə aldığı nadir not yazıları təhvil verilib.
AMEA-dan APA-ya verilən xəbərə görə, not yazıları Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibətilə 1930-cu ildə yaradılmış “Himn” və 1934-cü ildə böyük İran şairi Firdovsinin anadan olmasının 1000 illiyi ərəfəsində ərsəyə gəlmiş “Kantata” əsərləridir.