Bakı. Turan Şakir-APA. ABŞ-ın Şərq xalçası və tekstil üzrə Çikaqo Cəmiyyətinin üzvü, mərhum Qrover Şiltsin kolleksiyasından iki ədəd qədim Azərbaycan xalçası Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə təqdim olunub. APA-nın məlumatına görə, "Əjdahalı" (Qarabağ, XVII əsrin sonu) və "Səlyan Xiləsi" (Şirvan, XIX əsr) xalçaları Qrover Şiltsin həyat yoldaşı Beverli Şilts tərəfindən muzeyə hədiyyə olunub.
Xalçaların təqdimat mərasimi iyunun 18-də Xalça Muzeyində keçiriləcək. Tədbir 17-23 iyun tarixində muzeyin, "Azərbaycan Xalçaçıları" İctimai Birliyinin və
Lahıc, Şəki, Şamaxı, Naxçıvan bölgələrində davam etdiriləcək xalça turunda nümayəndə heyətinin yerli sənətkarlarla görüşləri keçiriləcək.