APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Ariza (Rozalba Pippa) əvvəllərdə İtaliyanın ən nüfuzlu mahnı müsabiqəsində iştirak edib.
O, 2009-cu ildə “Yeni səslər” nominasiyasının qalibi olub, 2010-cu ildə isə “Tanınmış müğənnilər”dərəcəsində festivalda iştirak edib.
2012-ci ildə Ariza San-Remoda “La Notte”(“Gecə) kompozisiyası ilə ikinci yer tutub. Bu il isə “Controvente” (“Küləyə qarşı”) adlı kompozisiya ilə festivalın qalibi seçilib.
San-Remo festivalı 1951-ci ildən etibarən keçirilir və hər il televiziya ekranları qarşısına çoxmilyonlu tamaşaçı auditoriyası toplayır.