Bank Of Baku

Azərbaycan “Türk Dünyasının Mədəniyyət Paytaxtı”nın açılışında təmsil olunacaq

Azərbaycan “Türk Dünyasının Mədəniyyət Paytaxtı”nın açılışında təmsil olunacaq
# 21 yanvar 2015 16:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA.  Azərbaycan “Marı-2015-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı”nın açılış mərasimində təmsil olunacaq.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində estrada, folklor və türk xalqlarının rəqs ansambllarının konserti, eyni zamanda TÜRKSOY-a üzv ölkələrin mədəniyyət və turizm imkanlarının təşviq olunması, tanıdılması məqsədilə təsviri-dekorativ sənət ustalarının, həmçinin fotoqrafların əsərlərinin sərgisi təşkil ediləcək.

 

Mərasim yanvarın 27-də keçiriləcək.

 

Azərbaycanı tədbirdə nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, "Cəngi" estrada folklor ansamblı və əl sənətkarlarından ibarət nümayəndə heyəti təmsil edəcək.

 

Qeyd edək ki, ötən il noyabrın 21-də Kazan şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının XXXII iclasının qərarı əsasında Türkmənistanın Marı şəhəri “2015-ci ilin Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR