Bank Of Baku

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Almaniyada ustad dərsləri keçib

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Almaniyada ustad dərsləri keçib
# 26 avqust 2013 14:29 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Almaniyada ustad dərsləri keçib. Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Sultanın APA-ya verdiyi məlumata görə, ABŞ, İngiltərə, Çexiya, Polşa, İsrail və s. ölkələrdən olan gənc bəstəkarlar Firəngiz Əlizadənin master-klasslarında iştirak etmək üçün Berlinə gəliblər. Ənənəvi təşkil olunan ustad dərsləri musiqinin müxtəlif sahələrini əhatə edib. İttifaqın mətbuat xidmətindən bildiriblər ki, master-klass çərçivəsində musiqisi Firəngiz Əlizadəyə məxsus, Amerika istehsalı olan dörd seriyalı “Müharibə” bədii-sənədli filmindən istifadə olunub: “Bundan başqa, tanınmış musiqiçi Coul Saksın rəhbərlik etdiyi “Continum” orkestri Braziliyanın müxtəlif şəhərlərində verdiyi konsertlərdə Firəngiz xanımın əsərlərindən istifadə edib və qarışılıqlı əməkdaşlıq növbəti illərdə də davam edəcək”.

 

İltifat Sultan əlavə edib ki, “Quardian” qəzetinin əməkdaşı Aleks Rossun “The Rest is Noise” adlı kitabında XX əsr musiqisinin inkişafında xidmətləri olan D. Şostokoviç, A. Berq, O. Messian kimi tanınmış bəstəkarlarla yanaşı Firəngiz Əlizadə haqqında da geniş bəhs olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR