Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bölgələrə qastrola yola düşüb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bölgələrə qastrola yola düşüb
# 02 iyul 2013 12:28 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bölgələrə qastrol səfərinə yola düşüb. Teatrdan APA-ya verilən məlumata görə, kollektiv ənənəvi olaraq yay məzuniyyətinə çıxmazdan əvvəl bölgələrdə yaşayan tamaşaçıların görüşünə gedib. Yaradıcı heyət M. F. Axundzadənin “Hekayəti xırs quldurbasan” komediyası ilə iyul ayının 1-dən Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Saatlı, Sabirabad və İmişli rayonlarında çıxışlara başlayacaq.

 

Qastrol çərçivəsində Şamaxı, Ağsu, Kürdəmir və Ucar rayonlarında artıq bu tamaşa nümayiş etdirilib. Əsas rolları əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Qurban İsmayılov, Nofəl Vəliyev, Vahid Əliyev, Şövqi Hüseynov, aktyorlar Asya Atakişiyeva, Elnur Kərimov və başqaları ifa edirlər.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün builki 85-ci teatr mövsümünə iyulun 6-da Saatlı rayonunda yekun vuracaq. Qastrolun yekun günündə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri də iştirak edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR