Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 85-ci mövsümün yekununa həsr olunmuş toplantı keçirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 85-ci mövsümün yekununa həsr olunmuş toplantı keçirilib
# 16 iyul 2013 12:52 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 85-ci mövsümün yekununa həsr olunmuş toplantı keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantını giriş sözü ilə açan teatrın direktoru, əməkdar artist Mübariz Həmidov bildirib ki, 85-ci teatr mövsümü çərçivəsində teatrda hazırlanmış Dilsuzun “Əlincə qalası”, Aleksey Tolstoyun “Buratinonun macəraları” və Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson”, K.Ağabalayev və N.Kazımovun “Şahzadə Xəzərin nağılı” tamaşaları dövlət sifarişli, Firuz Mustafanın “Pələng ili”, S.S.Axundov və A.Şaiqin “Qaraca qız”, P.Pançevin “Dörd əkizin nağılı”, L.Nurenin “Müharibə”, Dario Fo və Peppino de Filipponun “İtalyansayağı xoşbəxtlik”, N.Kazımovun “Qar qızı kim oğurladı”, M.Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” poeması əsasında hazırlanmış tamaşalar isə teatrın öz daxili imkanları hesabına səhnələşdirilib: “Ümumilikdə mövsüm ərzində 11 yeni tamaşa hazırlanıb. Bunlardan 4-ü dövlət sifarişi, 7-si isə teatrın daxili imkanları hesabına hazırlanıb. British Council Bakı nümayəndəliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin mədəni əməkdaşlığının birgə layihəsi olan “Teatr əməkdaşlığı” layihəsi çərçivəsində mövsüm ərzində işıqlandırma dizaynerləri, eləcə də gənc aktyor, rejissor, dramaturq və teatrşünaslar üçün treninqlər həyata keçirilib. Mövsüm ərzində Həştərxan Dövlət Gənc Tamaşaçılar və Rusiya Federasiyası Kalmık Respublikası Basanqov adına Milli Dram Teatrı teatrın qonağı olmuş və öz tamaşaları ilə çıxış edib. Gələn mövsümdə teatrın yaradıcı heyəti sözügedən teatrlara qastrol səfəri edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR