Bank Of Baku

Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümünü “Ər və arvad” musiqili komediyası ilə açacaq

Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümünü “Ər və arvad” musiqili komediyası ilə açacaq
# 07 avqust 2014 11:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümünə sentyabrın 18-də “Ər və arvad” musiqili komediyası ilə başlayacaq.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Dövlət Musiqili Teatrının ilk tamaşası Üzeyir Hacıbəylinin 1909-cu ildə yazdığı üçpərdəli “Ər və arvad” musiqili komediyası olduğundan hər il yeni mövsüm 18 sentyabr - Milli Musiqi Günündə ənənəvi olaraq bu tamaşa ilə açılır.

 

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

 

Əsas rolları xalq artistləri Afaq Bəşirqızı və İlham Namiq Kamal ifa edəcəklər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR