Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dövlət Musiqili Teatrı vakant yerlərlə bağlı işçi qəbulu elan edib.
Teatrdan APA-ya verilən məlumata görə, quruluşçu rəssam, balet artistləri, səs avadanlıqları üzrə mühəndislər, qrim ustaları və xüsusi pariklərin hazırlanması üzrə ustalar, dekorçu rəssamlar, kostyumçular, xadimələr, dülgərlər və s. sahələr və ixtisaslar üzrə işə qəbul elan edilir.
Teatrdan qeyd ediblər ki, müraciət etmək istəyən şəxslər sənədlərini Zərifə Əliyeva küçəsi-8 ünvanına təqdim edə, 493-88-37 nömrəli telefona zəng etməklə əlaqə yarada bilərlər.