Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 114-cü mövsümün son qastrol səfərinə - Şirvana yola düşəcək.
Teatrdan APA-ya verilən məlumata görə, iyulun 2-də Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində “Hərənin öz ulduzu” tamaşası nümayiş etdiriləcək.
Tamaşada əsas rollarda xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva çıxış edəcəklər.