Bank Of Baku

Azərbaycan filmi Almatıda keçirilən beynəlxalq festivalda nümayiş olunacaq

Azərbaycan filmi Almatıda keçirilən beynəlxalq festivalda nümayiş olunacaq
# 14 sentyabr 2013 14:20 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanlı rejissorlar Elvin Adıgözəl və Rüfət Həsənovun çəkdiyi «Buqələmun» filmi Almatı şəhərində (Qazaxıstan) keçirilən IX Avrasiya Film Festivalında iştirak edir.

E.Adıgözəlin APA-ya verdiyi məlumata görə, film beynəlxalq müsabiqədə iştirak edən yeganə Azərbaycan filmidir: «Bu festival hər il keçirilir və dünyada miqyasında tanınan böyük bir festivaldır. Festivala Hollivud və Avropa kino ulduzları dəvət olunur».

«Adari Films» prodakşn şirkətinin məhsulu olan filmin prodüseri İradə Bağırzadədir. Filmin «Arizona Productions» (Fransa) və «Vita aktiva» (Rusiya) şirkətləri ilə post-prodakşn işləri görülüb.

Sosial-psixoloji film olan «Buqələmun» doğma rayonuna qayıdıb ata evini satmaq istəyən gəncin həyatı haqqındadır. Filmdə baş rolları Fərid Bəhramov və Emin Seyfulla oynayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR