Bank Of Baku

Azərbaycan fotoqrafları İzmirdə keçiriləcək sərgiyə qatılacaqlar

Azərbaycan fotoqrafları İzmirdə keçiriləcək sərgiyə qatılacaqlar
# 26 avqust 2013 11:53 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanlı fotoqraflar beynəlxalq fotoşəkil sərgisində iştirak edəcək. APA-nın məlumatına görə, sərgi TÜRKSOY-un dəstəyi ilə avqustun 29-dan sentyabrın 8-dək Türkiyənin İzmir şəhərində XIX Beynəlxalq incəsənət günləri layihəsi çərçivəsində keçiriləcək.

Sərgidə Azərbaycanla yanaşı Bolqarıstan, Gürcüstan, Fransa, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Kuba, Moldova, Rusiya Federasiyası və Türkiyə təmsil olunacaq.

  

Sərgi çərçivəsində, həmçinin TÜRKSOY-a üzv ölkələrin rəssamlarının əsərləri də nümayiş etdiriləcək.

   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR