Bank Of Baku

Azərbaycan ilk dəfə Edinburq Beynəlxalq Festivalında təmsil olunub

Azərbaycan ilk dəfə Edinburq Beynəlxalq Festivalında təmsil olunub
# 05 avqust 2013 12:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan ilk dəfə Edinburq Beynəlxalq Festivalında təmsil olunub.

 

APA-nın məlumatına görə, “Gryphon Venues” teatrında xalq yazıçısı Elçinin “Mənim sevimli dəlim” pyesi əsasında hazırlanan tamaşanın premyerası olub.

 

Tamaşada bəstəkar Məmməd Ənsarinin musiqisi səslənib. Pyesdə hadisələr 1995-ci ildə Bakıda cərəyan edir. “Mənim sevimli dəlim” tamaşası avqustun 10-dək festivalda səhnələşdiriləcək.

 

Qeyd edək ki, Edinburq Beynəlxalq Festivalı 1947-ci ildən hər ilin avqustunda Şotlandiyanın paytaxtında keçirilir. Festivalda dünyanın müxtəlif ölkələrindən iştirakçılar şou proqramla çıxış edirlər. Edinburq Beynəlxalq Festivalı dünyanın ən böyük festivallarından hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR