Bank Of Baku

Azərbaycan Macarıstanda keçirilən Dunay mahnı və rəqs festivalında iştirak edib - FOTO

Azərbaycan Macarıstanda keçirilən Dunay mahnı və rəqs festivalında iştirak edib - <span style="color: red;">FOTO
# 08 iyul 2014 11:26 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İyulun 2-dən 6-dək Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçirilib.

 

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, ondan çox ölkədən 30-a yaxın milli rəqs ansamblının iştirakı ilə keçirilən festivala Azərbaycan fəxri qonaq statusunda dəvət alıb.

 

Azərbaycanı mədəniyyət bayramında təmsil etmiş Masallı rayonunun "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblı festival çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərini nümayiş etdirib, folklor nümunələrinin təqdimatını həyata keçirib. Festival zamanı ayrıca "Azərbaycan musiqisi gecəsi" təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR