Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Moskvada keçirilən XXVI Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edəcək.
APA-nın məlumatına görə, sentyabrın 4-dən 9-dək davam edəcək sərgi-yarmarka dünyanın nüfuzlu sərgilərindən hesab olunur və 1987-ci ildən etibarən hər il keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, sərgidə müxtəlif ölkələrdən çox sayda nəşriyyat və kitab nəşri müəssisələri iştirak edir.
Bu il Azərbaycanın dövlətçilik ənənələrini, mədəniyyətini, tarixini və turizm imkanlarını əks etdirən nəşr nümunələri nümayiş etdiriləcək.
Builki sərgi çərçivəsində Heydər Əliyevin 90 illiyinə həsr olunan tədbirin keçirilməsi də nəzərdə tutulur.
Eyni zamanda sərgi çərçivəsində doqquzuncu Beynəlxalq "Kitab Sənəti" Müsabiqəsində qalib gəlmiş Azərbaycan kitablarının mükafatlandırma mərasimi planlaşdırılır.