Bank Of Baku

Azərbaycan Tarixi Muzeyində Çexiya sərgisi açılıb - FOTO

Azərbaycan Tarixi Muzeyində Çexiya sərgisi açılıb  - <span style="color: red;">FOTO
# 01 iyun 2013 08:29 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan Tarixi Muzeyində “Çexiya Süleyman daşı” adlı sərgi açılıb. APA-nın xəbərinə görə, sərginin açılışında çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sərgi Azərbaycan və Çexiya arasında muzey mübadiləsi sahəsində imzalanmış müqavilə əsasında təşkil olunur: “Bu müqavilə iki ölkənin mədəniyyətini, ənənələrini daha sıx əlaqələndirmək imkanı verir. Azərbaycan və Çexiya mədəniyyət sahəsində əlaqələri dərinləşdirmək niyyətindədir”.

 

Çexiyanın mədəniyyət naziri Alena Xanakova isə qeyd edib ki, II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən bu sərgi iki ölkə arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Onun sözlərinə görə, sərginin ekspozisiyası 300 kvadrat metr təşkil edir və sərgidə həm qədim, həm də müasir sənətkarların 150-dən çox eksponatı sərgilənir.

 

Çexiya Milli Muzeyinin direktoru Mixal Lukaş sərgiyə hazırlığın hələ 2011-ci ildə başladığını söyləyib. O qeyd edib ki, müxtəlif tarixi dövrlərə aid eksponatlar – çex krallarının məişət əşyaları, kilsə ləvazimatları çox nadir hallarda Milli Muzeydən kənara çıxarılır və bu baxımdan Azərbaycan üçün istisna edilib.  

 

Sərgi sentyabrın 25-nə qədər davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR