Bank Of Baku

Azərbaycan Teatr Xadimləri İttifaqının internet saytı təqdim olunacaq

Azərbaycan Teatr Xadimləri İttifaqının internet saytı təqdim olunacaq
# 11 sentyabr 2013 09:39 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Teatr Xadimləri İttifaqının rəsmi internet saytı təqdim olunacaq. İttifaqın məsul katibi Kəmalə Cəfərzadənin APA-ya verdiyi məlumata görə, sentyabrın 16-da saytın geniş ictimaiyyət üçün təqdimat mərasimi keçiriləcək. Kəmalə Cəfərzadə bildirib ki, hazırda saytın tərtibatı ilə bağlı son işlər yekunlaşdırılır: “İndiyə qədər teatr xadimləri ittifaqının saytı olmayıb. Yeni saytda ittifaq və üzvləri, keçirilən tədbirlər haqqında geniş məlumat olacaq. İttifaqın arxivi, kitabxanası hazırda sayta yerləşdirilir. Eyni zamanda yeni saytda istifadəçilər ittifaqın arxivində olan videoları da izləyə biləcəklər”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR