Bank Of Baku

Azərbaycan və Tacikistan Milli konservatoriyaları arasında əməkdaşlıq sazişi imzalanıb - FOTO

Azərbaycan və Tacikistan Milli konservatoriyaları arasında əməkdaşlıq sazişi imzalanıb - <span style="color: red;">FOTO
# 21 may 2013 15:56 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Konservatoriyası ilə Tacikistan Respublikasının Milli Konservatoriyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

 

Bu barədə APA-ya Azərbaycanın Tacikistandakı səfirliyindən bildirilib. Məlumata görə, imzalanma Tacikistan Milli Konservatoriyasının binasında baş tutub. Saziş Tacikistan Milli Konservatoriyasının rektoru Racabmad Amirovla Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi tərəfindən imzalanıb.

 

İmzalanma mərasimində KİV nümayəndələri ilə yanaşı yerli diasporun nümayəndələri, hər iki ölkənin mədəniyyət, incəsənət adamları iştirak edib.

 

Müqavilənin imzalanma prosesində  iştirak edən  Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov imzalanan sənədin əhəmiyyətindən danışaraq qeyd etdi ki, mədəni tədbirlərin ikitərəfli  münasibətlərin qurulmasında  önəmi çox böyükdür. 

 

Tacikistan Milli Konservatoriyasının rektoru  Racabmad Amirov  Tacikistan-Azərbaycan ədib və musiqiçilərinin tarixi əlaqələrindən danışıb. Son illər Azərbaycanda keçirilən Muğam musiqi festivallarında  Sitora Karamatullonun önəmli yerlərdən birini qazandığını deyib.

 

Cari ilin 10-12 may tarixlərində isə Azərbaycandan olan muğam qrupunun  Tacikistanın “Şaşmakam” festival-simpozimundakı gözəl ifaları haqqında danışıb.

 

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli bildirib ki, imzalanan əməkdaşlıq sazişi  2014-cü ildə qüvvəyə minəcək və bundan sonra  Tacikistan musiqiçilərinin Azərbaycanda, Azərbaycan musiqiçilərinin isə Tacikistanda tədris-təcrübə (tələbə, professor) mübadiləsi aparılacaq, birgə konsertlər təşkil olunacaq.

 

Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru  Mənsum İbrahimov, xalq artisti Nəzakət Teymurova  Tacikistan Milli Konservatoriyasının tələbə  və müəllim heyəti üçün  ustad dərsləri keçiblər. Tacikistan Milli Konservatoriyasının müəllimi, Azərbaycan II Beynəlxalq Muğam Festivalının iştirakçısı Xurşed İbrahimovun “Qarabağ şikəstəsi”ni Azərbaycan dilində ifa edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR