Bank Of Baku

Azərbaycanda dövlət teatrları sistemində ilk beynəlxalq prodüser layihəsi baş tutacaq

Azərbaycanda dövlət teatrları sistemində ilk beynəlxalq prodüser layihəsi baş tutacaq
# 07 may 2013 14:46 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Dövlət teatrları sistemində ilk beynəlxalq prodüser layihəsi hazırlanır.

 

Yuğ Dövlət Teatrından APA-ya verilən məlumata görə, bu münasibətlə teatrda polşalı rejissor Tomaş Leşçinskinin (Tomaş Leşçinski) quruluş verdiyi Slavomir Mrojekin pyesi əsasında hazırlanan “Sərhəddə” adlı tamaşa hazırlanır. Tamaşanın premyerası may ayının sonlarına nəzərdə tutulub.


Layihə Polşanın Azərbaycandakı səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, YUĞ Dövlət Teatrı, AR Production - Beynəlxalq Prodüser Şirkəti, A.Mitskeviç İnstitutu və prodüser Səbuhi Məmmədovun təşəbbüsü ilə həyata keçirilir.

 

“Sərhəddə” tamaşasında mənzilləri dövlət sərhədlərinə bölünmüş bir ailənin həyatından bəhs edilir. Ailəvi şam yeməyi yeyərkən diplomatlar gəlir və uzun müzakirələrdən sonra ailə başçısına bildirirlər ki, onların evlərindən dövlət sərhədi keçəcək və bu sərhəd ailə üzvlərinin hərəsini müxtəlif dövlətlərin vətəndaşlarına çevirəcək. Beləliklə, ilk baxışda gülünc görünən, mahiyyət etibarilə isə faciəvi hadisələr başlanır.


Qeyd edək ki, Tomaş Leşçinski Polşa, Rusiya, Gürcüstan və Belarusun müxtəlif teatrlarında “Cinayət və cəza” (F.Dostoyevski, 2005-ci il), “Kapitan qızı” (A.Puşkin, 2004, 2006), “Ölüm və qız” (A.Dorfman, 2010), “Beniain” (R.Paçoxa, 2010), “Mənim bütün oğullarım” (A.Miller, 2010), “Ətir” (R.Familyari, 2011), “Kral ölür” (E.İoesko, 2012), “Polis” (S.Mrojek, 2012), “Ağır vaxtlar” (M.Balutskiy, 2013) və s. tamaşalara quruluş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR