Bank Of Baku

Azərbaycanda teatr rəssamlarının əsərlərindən ibarət sərgi keçiriləcək

Azərbaycanda teatr rəssamlarının əsərlərindən ibarət sərgi keçiriləcək
# 20 iyun 2013 11:37 (UTC +04:00)

Bakı. Cavid Zeynalov-APA. İyunun 24-dən 26-dək teatr rəssamlarının əsərlərindən ibarət "Azərbaycan Teatrı - 140" adlı sərgi keçiriləcək.

 

APA-nın məlumatına görə, sərgidə Azərbaycanın görkəmli teatr rəssamlarının müxtəlif illərdə səhnəyə qoyulmuş tamaşalara çəkdikləri teatr eskizləri nümayiş etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin “Təsviri və dekorativ sənət” şöbəsindən APA-ya bildiriblər ki, sərgidə bu günə qədər region teatrları da daxil olmaqla Teatr Muzeyinin fondunda saxlanılan 70 əsər nümayiş olunacaq.

 

Sərginin açılışı 2013-cü il iyun ayının 24-də saat 17:00-da "Qalereya-1969" qalereyasında olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR