Bank Of Baku

Azərbaycanın gənc pianoçusu Vyanada keçirilən "Afrikanın uşaqlarını xilas edək" xeyriyyə konsertində iştirak edib

Azərbaycanın gənc pianoçusu Vyanada keçirilən "Afrikanın uşaqlarını xilas edək" xeyriyyə konsertində iştirak edib
# 15 avqust 2013 08:45 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gənc pianoçu Nəriman Əmiraslanov Avstriyanın Vyana şəhərində Motsart Konsert Zalında keçirilən "Afrikanın uşaqlarını xilas edək" adlı xeyriyyə konsertində iştirak edib.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, "Panmusica Austria" Musiqi Assosiasiyası tərəfindən təşkil olunmuş konsertdə gənc pianoçu V.A.Motsartın fortepiano və simfonik orkestr üçün konsertini ifa edib.
 

14 yaşlı Nəriman Əmiraslanov 2011-2013-cü illərdə Almaniya, Avstriya, Estoniya, Fransa, İsveç, İtaliya, Polşada keçirilmiş ondan çox beynəlxalq müsabiqənin laureatı və diplomantı olub, Rusiya Federasiyasının birinci xanımının himayəsi ilə Moskvanın Böyük Kreml sarayında keçirilən gənc klassik musiqi ifaçılarının III Beynəlxalq Festivalında, Vladimir Spivakov Beynəlxalq Xeyriyyə Fondunun dəvətinə əsasən "Moskva dostları qarşılayır" adlı IX Beynəlxalq festivalda iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR