Bank Of Baku

Azərbaycanın tanınmış bəstəkarı Şəfiqə Axundova xəstəxanaya yerləşdirilib

Azərbaycanın tanınmış bəstəkarı Şəfiqə Axundova xəstəxanaya yerləşdirilib
# 11 iyul 2013 12:33 (UTC +04:00)

Son bir ayda anadan olduğu Şəki rayonunda yaşayan bəstəkar dünən axşam saatlarında Şəki Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. APA-nın məlumatına görə, bəstəkar xroniki qan dövranı çatışmazlığı, hipertoniya xəstəliyi, şəkərli diabet diaqnozu ilə xəstəxanaya qəbul edilib. Şəfiqə Axundovanın müalicə həkimi Vasif Fəttahov APA-ya bildirib ki, xalq artistinin vəziyyəti stabil qiymətləndirilir: “Şəfiqə xanımı dünən axşam saat 22:00 radələrində xəstəxanaya gətirdilər. İlkin yardımlar olunub, vəziyyəti stabildir. Bu gün xəstəni təcili yardım maşını ilə müalicə üçün Bakıya Klinik Mərkəzə yola salacağıq. Bu xəstəlik daha çox yaşla bağlı olur”.

 

 

Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Şəfiqə Axundova Şərqdə ilk operanın - "Gəlin qayası" operasının müəllifidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR