Bank Of Baku

Azərbaycanlı dirijor Rusiya Akademik Filarmonik Orkestri ilə birgə silsilə konsertlər verib - FOTO

Azərbaycanlı dirijor Rusiya Akademik Filarmonik Orkestri ilə birgə silsilə konsertlər verib - <span style="color: red;">FOTO
# 18 iyun 2013 16:47 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Vasili Safonov adına Rusiya Akademik Filarmonik Orkestrinin silsilə konsertləri keçirilib.

 

Dirijorun APA-ya verdiyi məlumata görə, Rusiyanın Mədəniyyət Nazirliyi və Safonov adına Federal Akademik Filarmoniya tərəfindən Cənubi Rusiyanın möhtəşəm Şalyapin və Skryabin adına salonlarında baş tutan konsertlərdə 4000-ə yaxın insan iştirak edib: “Dünya klassik musiqisinin parlaq nümunələrindən ibarət olan konsert proqramı musiqisevərlər tərəfindən böyük maraqla qarşılandı. Rəhbərliyim altında Safonov Filarmonik Orkestri dinləyicilərə P.Çaykovski, F.Şubert, C.Rossini və F.Divyenin musiqi aləminin və yaradıcılıq irsinin geniş təqdimatını həyata keçirdik. Çaykovskinin vida əsəri olan 6-cı simfoniyanın ifasından sonra mən və orkestr musiqiçiləri səhnəyə dəfələrlə alqışlarla dəvət olunduq. Məşhur “İtalyan kapriççiosu” səsləndikdən sonra dinləyicilərin marağını nəzərə alaraq əsəri yenidən ifa etdik”.

 

Əyyub Quliyev Safonov adına Federal Akademik Opera və Balet Teatrında dahi Avstriya bəstəkarı V.A.Mosartın “Fiqaronun toyu” operasına da dirijorluq edib. Operada Rusiyanın tanınmış müğənniləri - beynəlxalq müsabiqələrin laureatları Sergey Maydanov, Yelena Filimonova, Anna Quzairova, Aleksandr Kondakov, Yuliya Kolevatova, Viktor Juravlyov və Natalya Qovorskaya iştirak edib. Ə.Quliyevin sözlərinə görə, opera tamaşasından sonra filarmoniyanın rəhbərliyi dirijoru iyul ayının 6-dan 30-dək keçiriləcək Raxmaninov Musiqi Festivalının açılışında dirijorluq etmək üçün yenidən Rusiyaya dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR