Bank Of Baku

Azərbaycanlı fortepiano dueti İtaliyada müsabiqə laureatı olub

Azərbaycanlı fortepiano dueti İtaliyada müsabiqə laureatı olub
# 13 iyun 2013 11:40 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. İtaliyada Pyetro Arcento adına XVI beynəlxalq musiqi müsabiqəsi keçirilib.

 

APA-nın məlumatına görə, müsabiqədə Azərbaycanı əməkdar müəllim, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazi və İsveçrədə virtuoz pianoçular arasında birinci mükafata layiq görülmüş dosent Elnarə Kəbirlinskaya təmsil edib. Onların ifasında İ.Bramsın "Fa minor", A.Məlikovun "Skertso", S.Raxmaninovun "Romans" və "Tarantella" əsərləri səslənib.


Münsiflər heyətinə Maykl Marvulli, Covanna Valente, Natalya İqumnova, Tahir Xsambeyev, Pavel Eliaşeviç və digər tanınmış musiqiçilər daxil olan müsabiqədə Azərbaycan fortepiano duetinə müsabiqənin laureatları kimi medallar təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR