Bank Of Baku

Azərbaycanlı gənc ifaçı Qazaxıstanda keçirilən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanlı gənc ifaçı Qazaxıstanda keçirilən beynəlxalq müsabiqənin qalibi olub
# 16 aprel 2013 10:43 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Qazaxıstanın Kostanay şəhərində “Qızıl mikrofon” beynəlxalq vokal müsabiqəsi keçirilib.

 

Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 11-15-də Qazaxıstan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqə UNESCO və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib.

 

Müsabiqədə 12 ölkə iştirak edib. Azərbaycanı bu tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhəri, G.Şaroyev adına 35 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Emin Eminzadə (məsləhətçi müəllimə professor, SSRİ xalq artisti Fidan Qasımova) təmsil edib. DAK-ın gənc üzvü olan Emin Eminzadə müsabiqədə görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin “Azərbaycan” və “Bessame muço” ispan mahnılarını ifa edib. Münsiflər heyətinin 10 üzvünün hər biri azərbaycanlı vokalçının ifasını 10 balla qiymətləndirib. Nəticədə Emin Eminzadə iştirakçılar arasında ən yüksək balı toplayaraq birinci olub və “Qızıl mikrofon” beynəlxalq vokal müsabiqəsinin laureatı adına layiq görülüb. Sonda azərbaycanlı gənc vokalçıya Kostanay vilayətinin rəhbərliyi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilib.

 

Kostanaydakı Azərbaycan diasporu, xüsusilə “Birlik” Cəmiyyəti də gənc vokalçıya böyük dəstək verib.

 

Qeyd edək ki, Emin Eminzadə artıq üçüncü dəfədir Azərbaycanı uğurla təmsil edir və beynəlxalq müsabiqələrin laureatı olur. Belə ki, azərbaycanlı gənc vokalçı 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012) və 16 yaşında Qazaxıstanda (2013) keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR