Bank Of Baku

Azərbaycanlı opera ifaçısı Türkiyədə konsert verib - FOTOSESSİYA

Azərbaycanlı opera ifaçısı Türkiyədə konsert verib - <span style="color: red;">FOTOSESSİYA
# 24 yanvar 2014 08:46 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Türkiyənin müxtəlif şəhərlərində təşkil etdiyi “Türk dünyası çağdaş klassik musiqisinin şah əsərləri” adlı konsert davam edir.

 

APA-nın TÜRKSOY-un saytına istinadən məlumatına görə, yanvarın 20-də start götürən konsert artıq Trabzon, Ordu, Samsun və Ankara şəhərlərində keçirilib. Konsert proqramında Azərbaycanın opera müğənnisi, beynəlxalq müsabiqələr laureatı Nigar Cəbiyeva da iştirak edir. O, əvvəlcə Trabzonda keçirilən konsertdə Karaqanda simfonik orkestrinin müşayiəti ilə türk dünyasının məşhur bəstəkarlarının əsərlərini ifa edib. Yanvarın 23-də Ankaranın Mədəniyyət Sarayında keçirilən konsertdə isə N.Cəbiyeva Üzeyir Hacıbəyovun dünya şöhrətli əsərlərini ifa edib. Konsertdə Fikrət Əmirov, Qara Qarayev kimi məşhur Azərbaycan bəstəkarlarının əsərləri də ifa olunub.

 

“Türk dünyası çağdaş klassik musiqisinin şah əsərləri” konsert proqramı yanvarın 27-də başa çatacaq. Bu müddət ərzində konsert iştirakçıları Eskişehiri və Bursanı da ziyarət edəcəklər.


Qeyd edək ki, TÜRKSOY təşkilatı 1993-cü ilin iyulun 12-də təsis olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR