Bank Of Baku

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda nümayiş olunacaq

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda nümayiş olunacaq
# 14 iyul 2013 14:22 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Azərbaycanlı rejissor Rodion İsmailovun “Köç” sənədli filmi İtaliyanın Neapol şəhərində keçiriləcək VI Beynəlxalq “Faito doc Festival” sənədli filmlər festivalında nümayiş etdiriləcək. APA-nın məlumatına görə, avqustun 20-dən 25-dək keçiriləcək festivalda komediya, sənədli, idman və uşaq filmləri nümayiş etdiriləcək. Festivalda da uğur qazanmağa iddialı olan “Köç” filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir.


Film 2010-cu ildə Azərbaycanın “DS film” studiyasında istehsal olunub. Ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb. Film bundan əvvəl bir sıra beynəlxalq festivallarda nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR