Bakı. Turan Şakir – APA. Türkiyənin Balıkəsir bölgəsində keçirilən IV Beynəlxalq Ritm və İncəsənət düşərgəsində Azərbaycandan da nümayəndə heyəti iştirak edir. APA-nın məlumatına görə, iyulun 27-də açılan düşərgənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gələn xalqların milli musiqi ənənələrini və rəqslərini qarşılıqlı şəkildə paylaşmaq və tədris etməkdir. Düşərgədə iştirak edən azərbaycanlı rəqqasə Nigar Sultanova dünyanın müxtəlif ölkələrindən gəlmiş musiqiçilərə Azərbaycan rəqslərini tədris edir. Düşərgə avqustun 12-də açıq havada veriləcək konsertlə başa çatacaq.