Bank Of Baku

Azərbaycanlı rəssam Aydan Salahovanın Dubayda sərgisi açılacaq

Azərbaycanlı rəssam Aydan Salahovanın Dubayda sərgisi açılacaq
# 07 oktyabr 2013 15:30 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanlı rəssam Aydan Salahovanın Dubayda sərgisi açılacaq.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, incəsənət sərgisi Dubayın “Cuadro” qalereyasında baş tutacaq. Sərginin təşkilatçıları bildiriblər ki, rəssamın əsərləri bir müddət əvvəl “Fascinans” və Moskvanın Müasir İncəsənət Muzeylərində təqdim olunub. Onun son əsərlərində daha çox orta əsrlərə  aid illüstrasiyalara və erkən dövr mozaik üslubuna üstünlük verilir.

 

Sərgidə Aydan Salahovanın ümumilikdə 25 incəsənət əsəri nümayiş olunacaq. Təşkilatçıların sözlərinə görə, İslam və Qərb feminist üslubunun təsirini özündə birləşdirən əsərlər sərgi iştirakçılarının ixtiyarına veriləcək.

 

Xatırladaq ki, Aydan Salahova Azərbaycanın xalq rəssamı Tahir Salahovun qızıdır. Moskvada yaşayan rəssam 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalardan olan “Aydan” qalereyasını açıb. Onun əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR