Bank Of Baku

Azərbaycanlı rəssam Rusiyada keçirilən beynəlxalq sənət festivalında iştirak edəcək - FOTO

Azərbaycanlı rəssam Rusiyada keçirilən beynəlxalq sənət festivalında iştirak edəcək - <span style="color: red;">FOTO
# 20 iyul 2013 09:51 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Azərbaycanlı rəssam, Türkiyənin Çanakkale şəhərindəki 18 Mart Universitetinin müəllimi Vahid Novruzov Rusiya Federasiyası Tatarıstan Muxtar Respublikasının Yelabuğa şəhərində keçirilən beynəlxalq sənət festivalında iştirak  edəcək.

 

Bu barədə APA-nın Türkiyə bürosuna məlumat verən Vahid Novruzov deyib ki, tədbirdə nümayiş etdiriləcək sənət əsərlərinin seçimində çox sərt kriteriyalar tətbiq edilib və hətta Azərbaycanın bəzi tanınmış rəssamlarının əsərləri festivalda nümayiş etdirilməyə layiq görülməyib.

 

Doqquz gün davam edəcək beynəlxalq festivalın son günündə jürinin seçdiyi əsərlərə mükafatlar veriləcək. İyun ayında Bolqarıstanın Varna şəhərində keçirilmiş beynəlxalq sənət festivalında iştirak etdiyini xatırladan V.Novruzov avqustun 9-da Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Berlin-Bakı” qalereyasında fərdi rəsm sərgisinin açılacağını da sözlərinə əlavə edib.

 

Qeyd edək ki, 1965-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olan rəssam Vahid Novruzov Mədəniyyət və İncəsənət Universitetində rəssam Hafiz Məmmədovun tələbəsi olub. Yaradıcılıq işlərini 2001-ci ildən bəri Türkiyədə davam etdirən Vahid Novruzov Çanakkaledəki 18 Mart Universiteti incəsənət fakültəsinin müəllimidir. İndiyədək Vahid Novruzovun Türkiyə, Rusiya və Avropanın müxtəlif şəhərlərində 20-dən çox fərdi sərgisi açılıb. Rəssam mayın əvvəlində Qəbələdə keçirilən beynəlxalq sənət festivalının da iştirakçısı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR