Bank Of Baku

Azərbaycanlı sənətçilər Özbəkistanın dövlət müstəqilliyinin 22-ci ildönümünə həsr olunan bayram şənliyində iştirak ediblər

Azərbaycanlı sənətçilər Özbəkistanın dövlət müstəqilliyinin 22-ci ildönümünə həsr olunan bayram şənliyində iştirak ediblər
# 02 sentyabr 2013 10:04 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanlı sənətçilər Özbəkistanın dövlət müstəqilliyinin 22-ci ildönümünə həsr olunan bayram şənliyində iştirak ediblər.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Azərbaycan diaspor təşkilatının nümayəndələri, Qadınlar Şurası və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Bayram tədbirində muğam ustası Elnarə Abdullayeva və Özbəkistanın "Nixol" dövlət mükafatı laureatı İsrail Saidumarovun iştirakı ilə konsert proqramı təqdim olunub. Konsert proqramında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı və "Azərbaycanım" musiqi qrupunun ifaları da nümayiş olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR