Bakı. Turan Şakir – APA. Hollivudda keçirilən “World Championships of Performing Arts-2013” (“İfaçılıq sənəti üzrə dünya çempionatı- 2013”) yarışmasında Azərbaycanlı gənc vokalçı İbrahim Nəsrullayev iştirak edib. APA-nın məlumatına görə, İbrahim Nəsrullayev yarışmada dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiya ilə çıxış edib.