Bakı. Cavid Zeynallı – APA. Gənc yazıçı Səidə Haqverdiyevanın uşaqlar üçün yazdığı “Toplan” pyesi Tərbizdə “Mika” kukla-sənət teatrında səhnəyə qoyulacaq.
Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmovanın APA-ya verdiyi məlumata görə, tamaşa yanvarın 21-də nümayiş olunacaq.
Səhnə əsəri fevralın 9-dək Təbrizin “29 Bəhmən” teatr salonu daxil olmaqla, şəhərin bir sıra məkanlarında nümayiş olunacaq. Tamaşada əsas rolları Hesam Maqsudi, Cəlil Şahnazi, Fərhad Fərəhbaş, Mehdi Borhan və başqaları oynayacaq.
H. Rüstəmova bildirib ki, tamaşanın Bakıda da nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, 2003-cü ildən müstəqil şəkildə fəaliyyətini davam etdirən teatr qədim kukla teatrı ənənələrinin yaşadılması və təbliğatı işini Təbriz başda olmaqla, İran və onun hüdudlularından kənarda təbliğ etməklə məşğuldur.