Bakı. Cavid Zeynalov - APA. Bakı Bələdiyyə Teatrı iyulun 26-da teatr mövsümünü bağlayacaq.
Teatrdan APA-ya verilən məlumata görə, mövsümə Anarın “Qaravəlli” tamaşası ilə yekun varacaqlar. Tamaşanın rejissoru Rövşən Almuradlıdır. Baş rolda Toğrul Rza, rollarda xalq artisti Rafiq Əliyev, əməkdar artistlər Tofiq Bayramov və Aydın Əliyev çıxış edəcək.
Teatrdan APA-ya bildiriblər ki, yeni mövsüm Anarın “Səhra yuxuları” tamaşası ilə açılacaq. Əsər ilk dəfədir Bakı Bələdiyyə Teatrının səhnəsində tamaşaya qoyulur. Rövşən Almuradlının quruluş verdiyi səhnə əsərində Zülfiyyə Məmmədova, Arzu Ağayeva, Əfqan Soltanov rol alıblar.