Bank Of Baku

Bakı Dövlət Sirkində “Qızıl dördlük” adlı proqram başlayır

Bakı Dövlət Sirkində “Qızıl dördlük” adlı proqram başlayır
# 13 mart 2015 11:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı Dövlət Sirki martın 14-dən “Qızıl dördlük” adlı proqram təqdim edəcək.

 

Sirkin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk dəfə olaraq Bakıda təşkil olunacaq proqramda Böyük Moskva, Nikulin, Çinizelli və Belarus sirklərinin 40-dan çox artistinin çıxışları olacaq.

 

Proqramda tamaşaçılar “Keniya boys” akrobatlar qrupu, timsahlar, şar içində motosikletçilər, “Professor Yermakovun itlər məktəbi”, ekzotik tutuquşular, atlar və dəvələr, qeyri-adi lazer və işıq effektləri, şən klounlar və digər nömrələri izləyə biləcəklər.

 

Proqram martın sonunadək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR