Bakı. Cavid Zeynalov – APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tanınmış ukraynalı skripkaçı Taras Qabora və Odessa Milli Musiqi Akademiyasının tələbəsi, azərbaycanlı pianoçu Mehriban Süleymanovanın konserti təşkil ediləcək.
APA-nın məlumatına görə, oktyabrın 24-də keçiriləcək konsertdə Motsartın, Debyussi, Raxmaninov və Qara Qarayevin əsərləri səsləndiriləcək. Konsertdə azərbaycanlı pianoçu Fəqan Həsənli tərəfindən də musiqi parçaları ifa ediləcək.
Bakı Musiqi Akademiyasından bildiriblər ki, Taras Qabora Pekin, Seul, Tokio, Hong Kong, Los Angeles, Oberlin, Maynz, Montreal, Toronto, Milan, və s. kimi şəhərlərdə dərslər verir. Qeyd edək, T.Qabora Azərbaycanda ilk dəfə çıxış edəcək.