Bank Of Baku

Bakı Uşaq Teatrı Ərzurumda keçiriləcək beynəlxalq Festivala dəvət olunub - FOTO

Bakı Uşaq Teatrı Ərzurumda keçiriləcək beynəlxalq Festivala dəvət olunub - <span style="color: red;">FOTO
# 27 aprel 2013 16:33 (UTC +04:00)

Bakı-APA. Bakı Uşaq Teatrı və teatrın nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət  “Günay”  teatr   studiyası Türkiyə Respublikasında  keçirilən “23 Nisan Çocuk Bayramı” festivalından geri dönüb. Teatrdan APA-ya verilən məlumata görə, teatr bir çox ölkələrin (Gürcüstan, Rusiya, Bolqarıstan, Ukrayna və s.) qatıldığı festivalda uğurla çıxış edib. Sinop və Girəsun şəhərlərində keçirilən  festivalın yekununda nəticə olaraq festival təşkilatçıları Azərbaycan haqqında çox xoş sözlər söyləyiblər.

 

Bakı Uşaq Teatrı 13-27 may tarixlərdə Ərzurum şəhərində keçirilən “Uluslararası Gençlik Tiyatro Festivalı”na  dəvət alıb. Teatr festivala  Abdulla Şaiqin əsəri əsasında  İntiqam Soltanın və Hacıbaba Məmmədovun  quruluşunda olan “Əşxas” və “Türk xalqlarının teatrı” layihəsi çərçivəsində Türkiyə və Azərbaycan aktyorlarının  birgə oynadıqları “Sıravi Dursun” tamaşası ilə qatılacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR