Bank Of Baku

Bakıda “Future Shorts” qısametrajlı filmlər festivalının payız mövsümünün filmləri nümayiş etdiriləcək

Bakıda “Future Shorts” qısametrajlı filmlər festivalının payız mövsümünün filmləri nümayiş etdiriləcək
# 25 noyabr 2013 13:07 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Noyabrın 25-dən “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “28 Cinema”da dünyanın ən böyük “Future Shorts” qısametrajlı filmlər festivalının 11-ci payız mövsümünün filmləri nümayiş etdiriləcək.

 

APA-nın məlumatına görə, festivalın payız proqramına 70 beynəlxalq mükafat, Lilldə Avropa Kino Festivalının mükafatını və Brüssel Qısametrajlı Filmlər Festivalında Qran-Pri almış “Amar”, “Rəngli film” sənədli filmləri, “Lal axan çay” dramı daxildir.

 

Proqrama həmçinin “Whateverest” sənədli filmi, “A Distracai de İvan” dramı, “Bonfeather” animasiya filmi və BAFTA mükafatını almış “Voyage D`Affaires” komediyası daxil edilib.

 

Bakıda filmlərin nümayişi dekabrın 1-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR