Bank Of Baku

Bakıda "Qafqaza qayıdış" Azərbaycan-Fransa sənədli filminin təqdimatı olacaq

Bakıda "Qafqaza qayıdış" Azərbaycan-Fransa sənədli filminin təqdimatı olacaq
# 15 noyabr 2013 15:02 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Noyabr 20-də Nizami Kino Mərkəzində Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filminin təqdimat mərasimi olacaq.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, məşhur fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Deviler, ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.

 

Filmdə 1858-ci ildə Qafqaza, o cümlədən Azərbaycana səyahət etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Dümanın "Qafqaz səfəri" əsərində yazdıqlarını incələyərək, onun izi ilə Jerar Depardyenin Azərbaycana səyahətindən bəhs olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR