Bank Of Baku

Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək
# 30 sentyabr 2013 12:18 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Oktyabrın 23-dən noyabrın 2-dək  Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Beynəlxalq Caz Festivalı keçiriləcək. Nazirlikdən APA-ya verilən məlumata görə, festivalda dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər iştirak edəcək. Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi və Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Joshua Redman, Kenny Garret, Avishai Kohen, Marcus Miller, Kristof Çex və başqalarının çıxışları gözlənilir. Festival günlərində azərbaycanlı ifaçılar - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və başqa caz musiqiçiləri solo proqramlarla çıxış edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR