Bank Of Baku

Bakıda beynəlxalq fotoqrafiya sərgisi keçiriləcək

Bakıda beynəlxalq fotoqrafiya sərgisi keçiriləcək
# 22 avqust 2013 12:52 (UTC +04:00)

Bakı. Cavid Zeynalov-APA. TÜRKSOY-un 20 illik yubileyi ilə əlaqədar Bakıda beynəlxalq fotoqrafiya sərgisi keçiriləcək. Azərbaycan Fotoqraflar Birliyindən APA-ya verilən məlumata görə, tədbir sentyabrın 2-dən 11-dək davam edəcək. TÜRKSOY-a üzv ölkələrdən gələn 14 fotoqraf  dörd qrupa bölünərək Bakı və Abşeron da daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrinə səfər edəcəklər. Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu bildirib ki, xaricdən gələn fotoqrafların sırasına Azərbaycanlı fotoqraflardan da dörd nəfər daxil ediləcək. Tədbir türk dünyası fotoqraflarının Bakıda təşkil olunacaq fotosərgisi ilə yükunlaşacaq. Layihə çərçivəsində xüsusi fərqlənən fotolardan ibarət albomun nəşr olunmağı da nəzərdə tutulub. Tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR