Bank Of Baku

Bakıda əməkdar rəssam Aydın Rəcəbovun fərdi sərgisi açılıb

Bakıda əməkdar rəssam Aydın Rəcəbovun fərdi sərgisi açılıb
# 04 iyun 2014 16:37 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda əməkdar rəssam Aydın Rəcəbovun fərdi yaradıcılıq sərgisi açılıb.

 

Muzey Mərkəzindən APA-ya verilən məlumata görə, sərgi rəssamın 70 illik yubileyinə həsr edilib.

 

Sərginin açılışında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, xalçaçı-rəssam Məmmədhüseyn Hüseynov və başqaları çıxış edərək, Aydın Rəcəbovun yaradıcılığından, Azərbaycan xalçaçılığı və rəssamlığındakı yerindən danışıblar.

 

Qeyd edək ki, Aydın Rəcəbov xalça və naxış yaradıcılığında poeziya qaynaqlarına, orta əsr miniatür sənətinin ənənələri və kompozisiya quruluşuna müraciət edir. Bu qəbildən olan “Şirinin Bisütuna gəlməsi”, “Bahar qızı”, “Şərq gözəli”, “Ud ifaçısı”, “Çövkən oyunu”, “Şahın elçiliyi” və s. əsərləri onun süjetli xalçalarının əsas mövzusunu təşkil edir.

 

Rəssamın 40-a yaxın əsərinin nümayiş olunduğu sərgi iyunun 7-nə qədər davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR