Bank Of Baku

Bakıda ilk dəfə keçirilən qum heykəltəraşlığı və qraffiti üzrə açıq festival başa çatıb

Bakıda ilk dəfə keçirilən qum heykəltəraşlığı və qraffiti üzrə açıq festival başa çatıb
# 02 avqust 2013 12:37 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakıda ilk dəfə keçirilən qum heykəltəraşlığı və qraffiti üzrə açıq festival avqustun 1-də başa çatıb.

 

APA-nın məlumatına görə, üç gün davam edən festivalda seçim turu əsasında 30 gənc iştirak edib.

 

Qum heykəltəraşlığı üzrə birinci yerə Fərəc Rəhmanov, ikinci yerə Nazim Məmmədov, üçüncü yerə Asif Cabbarov layiq görülüblər. Qraffi nominasiyasında isə birinci yeri Rafael Ağazadə, ikinci yeri Mətanət Ağayeva, üçüncü yeri Murad Ələkbərzadə qazanıb. Qaliblərə hədiyyə və diplomlar, iştirakçılara isə sertifikatlar təqdim olunub. Layihənin məqsədi Azərbaycan incəsənətinin, heykəltəraşlığının və ölkəmizdə yeni təşəkkül tapan qraffiti sənətinin inkişafına təkan vermək, gənc istedadlı rəssamların və heykəltəraşların üzə çıxarılması və onların tanıdılmasına şərait yaratmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR