Bank Of Baku

Bakıda İslam dünyası klassik musiqi ifaçılarının III Beynəlxalq festival-müsabiqəsinin açılışı olub

Bakıda İslam dünyası klassik musiqi ifaçılarının III Beynəlxalq festival-müsabiqəsinin açılışı olub
# 25 aprel 2014 10:14 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Aprelin 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İslam dünyası klassik musiqi ifaçılarının III Beynəlxalq festival-müsabiqəsinin açılışı olub. APA-nın məlumatına görə, Müsabiqə İslam Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatının (İSESCO), Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, BMA-nın iştirakı ilə “Kainat” Gənclər Mərkəzi tərəfindən təşkil edilib.

 

“Kainat” Mərkəzinin direktoru Rahib Rəsulzadə festivalın açılışında bildirib ki, III Beynəlxalq festival-müsabiqədə yaşı 20-yə qədər olan ifaçılar iştirak edirlər. Münsiflər heyətinə Özbəkistan, Qazaxıstan, Türkiyə və Başqırdıstanın nümayəndələri daxildirlər. Münsiflər heyətinin sədri Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovadır.

 

On ölkədən musiqiçinin iştirak etdiyi müsabiqə aprelin 26-da başa çatacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR