Bank Of Baku

Bakıda keçiriləcək Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb

Bakıda keçiriləcək Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb
# 14 noyabr 2013 11:40 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb.

 

APA-nın məlumatına görə, festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilib. Nizami Kino Mərkəzində nümayiş olunacaq filmləri kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin 3 üzvü Azərbaycandan - Azər Qərib, Vasif Babayev, Cəmil Fərəcov, 4 üzvü isə xarici ölkələrin təmsilçisidir - Aleksandr Kammel, Lela Krstevska, Devid Kuper, Qriqoris Koulbanis.

 

Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə Gümüş mükafat - diplom və mükafat, III yerə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.

 

Festivalın ən yaxşı filminə “Qran pri”  - diplom, mükafat və 4000 avro pul təqdim olunacaq.

 

Qeyd edək ki, festivalın informasiya dəstəkçiləri arasında APA İnformasiya Agentliyi də var. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR